Turistlərin ən çox dələduzluğa məruz qaldığı ölkələr - TOP-10

Turizm artıq əvvəlki gözəl günlərindən xeyli uzaqdır. Əgər xaricdə tətil edirsinizsə, böyük ehtimalla sizi aldadaraq pulunuzu ələ keçirmək və ya soymaq istəyən dələduzların hədəfinə çevrilə bilərsiniz.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, dünyada turistlərin ən çox dələduzluğa məruz qaldığı ölkələri müəyyən edən maraqlı bir araşdırma aparılıb. Nəticələrə görə, İspaniya turistlərə qarşı dələduzluğun ən çox baş verdiyi ölkə kimi ilk sırada yer alıb. Statistikaya əsasən, bu ölkədə bir milyondan çox turist dələduzluq hallarının qurbanı olub.
Go.compare saytının müxtəlif ölkələrdən topladığı məlumatlara əsaslanan araşdırma, turistlərin dələduzluq halları ilə ən çox qarşılaşdığı 10 məşhur turistik məkanı müəyyən edib. Siyahının ilk yerlərində İspaniya, Fransa, ABŞ və Türkiyə kimi populyar turizm istiqamətləri var.
İspaniyanın Sənaye və Turizm naziri Jordi Hereunun verdiyi məlumata görə, ölkə 2024-cü ildə rekord sayda - 94 milyon beynəlxalq turisti qəbul edib. Lakin bu turistlərin 1 milyonu dələduzluq qurbanına çevrilib.
Sığorta müqayisə platformasının məlumatlarına əsasən, turistlərə qarşı ən çox dələduzluğun qeydə alındığı ilk 10 ölkə belə sıralanır:
1. İspaniya
2. Fransa
3. ABŞ
4. Türkiyə
5. Yunanıstan
6. İtaliya
7. Almaniya
8. Portuqaliya
9. Niderland
10. Kipr
Dələduzluq qurbanlarının 2/3-si hadisənin siyahıdakı bu 10 ölkədə baş verdiyini bildirib. Digər turistlər isə dünyanın digər bölgələrində aldadıldıqlarını qeyd ediblər. Araşdırma dələduzluğa məruz qalan turistlərə dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edir.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










