Türk dövlətlərinin Qazimağusa limanından istifadə etməsinə çalışırıq

Türk dövlətlərinin Qazimağusa limanından istifadə etməsinə çalışırıq.
“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nəqliyyat naziri Erhan Arıklı deyib.
O bildirib ki, ŞKTC bu məqsədlə bir il əvvəl edilən müraciətin nəticəsini gözləyir:
“Biz istəyirik ki, Türk Dövlətləri Təşkilatının üzvləri Aralıq dənizinin şərqində xüsusi yer tutan Qazimağusa limanından istifadə etsinlər”.
Nazirin sözlərinə görə, sözügedən məsələ TDT ölkələrinin dövlət və hökumət başçılarının Şuşa sammitində növbəti dəfə gündəmə gətirilib:
“Qardaş limanlar” proqramında ümumilikdə səkkiz liman var və onlardan ikisi Türkiyəyə məxsusdur. Bu çərçivədə Qazimağusanın doqquzuncu liman qismində proqrama daxil edilməsini istəyirik. Bu, həm TDT, həm də Şimali Kipr üçün faydalı olardı”.
“TDT ölkələri arasında siyasi, mədəni və ticarət əlaqələrinin inkişafı həm bölgədə, həm də beynəlxalq miqyasda sabitliyə töhfə verəcək. Biz istəyirik ki, dünya ticarətində fəallaşmaq istəyən Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan Qazimağusadan öz limanları kimi istifadə etsinlər”, - E.Arıklı əlavə edib.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












