Türk polisi qayda pozan azərbaycanlı diplomat sürücünü döydü

Türkiyədə azərbaycanlı diplomata qarşı ədəbsiz addım atılıb. Türkiyədəki Azərbaycan səfirliyinin diplomatı avtomobili yanlış idarə edildiyi üçün polis tərəfindən saxlanılıb. Məlumata görə, avtomobil xətalı dönüş edib. Bu zaman reydddə olan polis xüsusi nömrə nişanı olan maşını saxlayıb. Maşındakı rəsmi şəxs polisin ondan sənəd isməsindən sonra özünün Azərbaycan diplomatı olduğunu bildirib. Adı açıqlanmayan diplomatik sənədlərini də rəsmi surətdə təqdim edib. Bundan sonra o yoluna davam etmək istəyib. Lakin polis gərəkli işlər görüləndən sonra yola davam edə biləcəklərini bildirib. Səfirlik əməkdaşı ona diplomatik qaydalara görə maşınlarını saxlaya bilməyəcəklərini, onun yoluna davam etməsinə icazə verilməsini istəyib. Lakin polis razılaşmayıb və nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Diplomat hadisə yerindən uzaqlaşaraq baş verənlər barədə səfirliyə polis tərəfindən döyülməsi barədə məlumat verib. Dərhal səfirlik Xarici İşlər Nazirliyi ilə əlaqəyə girib. Səfirlik hadisə ilə bağlı şikayət edib. Bundan sonra ölkənin Daxili İşlər Nazirliyinə məlumat verilib. Nazirliyin rəsmiləri dərhal azərbaycanlı diplomat ilə əlaqə yaradaraq hadisə ilə bağlı ən xırda detallara kimi araşdırma aparacaqlarını bildiriblər və diplomatdan üzr istəyiblər. Türk rəsmilərin üzrxahlığından sonra diplomat şikayətini geri götürüb. Türkiyə mətbuatında yer alan məlumata görə, diplomat və səfirlik şikayətlərini geri götürmələri ilə iki ölkə yarana biləcək diplomatik böhranın qarşısını alınıb.
Fərid
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO










