Türk Şurası sədri: "Dünya birliyi Gəncəyə hücumları qınamalıdır"

“Azərbaycan xalqının bu böyük kədərinə, dərdinə şərikik. Yaxınlarını itirənlərin hamısına dərin hüznlə başsağlığı veririk, yaralananlara isə tezliklə şəfa tapmağı diləyirik. Gəncə hərb meydanından uzaqda yerləşən dinc şəhərdir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Türk Şurasının (Türk Kənəşi) Baş katibi Bağdad Əmreyev Ermənistan ordusunun Gəncəyə raket hücumlarını şərh edərkən deyib.
“Ermənistan ərazisindən Gəncə şəhərinin dinc məhəllələrinə raket zərbəsi endirməyin bəraəti ola bilməz. Bu əməlləri pisləyir, dünya birliyini də pisləməyə çağırırıq”, – o bildirib.
“Biz lap əvvəldən baş verənləri diqqətlə izləyirik. Türk ölkələri, türk dünyası, Türk Şurası olaraq Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüquqlarını bütövlükdə, qeyd-şərtsiz dəstəkləyirik. Bu hüquq BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlığı Təşkilatının qətnamələrində, ATƏT-in sənədlərində, başqa beynəlxalq hüquqi sənədlərdə təsdiqini tapıb. Türk Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində üzv dövlətlərin rəhbərləri tərəfindən qəbul olunmuş çox sayda sənədlərdə, bəyannamələrdə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək hüququna malik olduğu qəti şəkildə təsbit olunub”, – qazaxıstanlı diplomat müharibənin qızğın şəkildə davam etməsinə baxmayaraq, bu münaqişənin sülh yolu ilə həllinə ümidi itirmədiklərini vurğulayıb.
O söyləyib: “Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınan sərhədlərinin toxunulmazlığı hüququ çərçivəsində həll olunmasını arzulayırıq. Azərbaycanın mənafeyinə uyğun gələn hər cür sülh danışıqlarını dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqının haqq işi, azadlıq müharibəsidir, bu müharibədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Qardaş Azərbaycan xalqının işğal olunmuş torpaqlarını azad edəcəklərinə, bütün torpaqlar üzərində Azərbaycanın suveren hüquqlarının bərqərar olacağına inanırıq”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










