Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin keçiriləcəyi tarix açıqlanıb

İğdır şəhərində Zəngəzur dəhlizinin əsas komponenti olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək. Bu xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayan A.Uraloğlu yolun həm Türkiyənin logistika imkanlarını artıracağını, həm də Asiyaya uzanan ticarət yollarında ölkənin təhlükəsizlik adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyini bildirib. Nazir bildirib ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. "Bu xətti 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa edəcəyik. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşa ediləcək".
A.Uraloğlu qeyd edib ki, təməli atılacaq bu xətt Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:
"Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmiryolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Bundan əlavə, bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Orta Dəhlizin dəmiryolu və avtomobil yolu yükdaşıma qabiliyyəti artacaq".

Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...








