Türkiyə Müdafiə Nazirliyi: "Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması hərbi cinayətdir"

Azərbaycan şəhərlərini atəşə tutmaqla Ermənistan hərbi cinayət törədir və buna görə bu ölkənin hakimiyyəti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Bu barədə Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan ordusuna müqavimət göstərmək gücündə olmadan erməni qoşunları Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutur və bunun nəticəsində dinc sakinlər həlak olur: “İlk növbədə erməni xalqı özü Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını pisləməlidir. Şübhə yoxdur ki, bunların günahları, yəni dinc sakinlərin ölümünə görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyi beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılacaq”.
Nazirlikdən bildiriblər ki, Türkiyə bir daha Azərbaycanı dəstəklədiyini bəyan edir və Ermənistandan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağı tələb edir: “Təxminən 30 il erməni işğalına göz yuman dünya ictimaiyyəti Azərbaycan ərazilərinin azad edilməsi üçün səy göstərməlidir”.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












