Türkiyə nüvə silahı əldə etmək üçün çalışmalara başlaya bilər
Mətbuatda yayılan məlumatlardan da göründüyü kimi Türkiyə nüvə silahına sahib olmaq üçün müəyyən addımlar atır. Hətta bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın da açıqlamaları geniş işıqlandırılır.
Türkiyə nüvə silahına sahib olacağı təqdirdə regional və qlobal miqyasda nələr dəyişəcək?
Mövzu ilə bağlı TED.az-a şərh verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu gün Türkiyənin bölgədə strateji rolu və gücü artır: "Hazırda bir çox ölkə nüvə silahına sahibdir. Məsələn, etiraf etməsə də, İsrailin nüvə silahı var. İran bu istiqamətdə çalışmalar aparır. Hindistan, Pakistan nüvə silahına sahibdir. İstənilən an Türkiyə də bu istiqamətdə çalışmalara başlaya bilər və heç kim də ona mane ola bilməz".
Politoloq qeyd edib ki, nüvə silahı olan hər bir dövlətlə hesablaşırlar: "Bu silaha sahib olan dövlətin çəkisi də artır. Dəqiq bilmirəm, Türkiyə nüvə silahı barədə nə dərəcədə qəti qərar verib. Amma düşünürəm ki, yaxın illərdə nüvə silahı əldə etmək üçün çalışmalara başlanıla bilər. Başqa dövlətlərin nüvə silahını əldə etməsi onların nüfuzunu necə artırırsa, Türkiyənin də nüfuzu bir o qədər artacaq. Nüvə silahı mövcud olan dövlətlərə hücum etməkdən çəkinirlər".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












