Türkiyədə istirahət bahalaşır – SƏBƏB

Türkiyəyə turist səfəri edənlər indi daha çox pul xərcləməli olacaqlar. Səbəb otellərin bahalaşmasıdır.
Avtosfer.az xəbər verir ki, dövlət qurumlarının yoxlamaları nəticəsində təkcə İstanbulda 253 otel bağlanıb. Başqa sözlə, şəhərdəki otellərin 10 faizdən çoxunun qapısı möhürlənib.
Bağlanmanın səbəbi otellərin lisenziyasız fəaliyyət göstərməsi və ya təhlükəsizlik normalarının kobud şəkildə pozulmasıdır. Ölkə üzrə turizm obyektlərinin kütləvi yoxlanması yanvarın 21-də 78 nəfərin həyatına son qoyan otel yanğınından sonra başlayıb.
Otellərin bağlanması nəticəsində tələb təklif qanununa uyğun olaraq gecələmə qiymətləri artır. Sonuncu yanğın isə Türkiyə turizminə ciddi zərbə vurub. Artıq 2 ildir turizm sektorunun gerilədiyi, Monteneqro kimi yeni destinasiya ilə rəqabətdə çətinlik çəkən ölkə üçün bu yanğın ciddi nüfuz zədələnməsi oldu.
Belə hadisələr istənilən ölkədə turizm sektoruna uzunmüddətli ziyan vurur. Türkiyənin dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq bütün turizm obyektlərini təkrarən yoxlayır.
Vüqar
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











