Türkiyədən daha bir dəstək: «Ürəyimiz Azərbaycanladır»

Alanya Qəzetlər Cəmiyyətinin (AGC) sədri Mehmet Ali Dim, Azərbaycan - Ermənistan cəbhə xəttində yaşanan atışma zamanı Azərbaycan xalqının 8 şəhid verməsi ilə bağlı başsağlığı məktubunu yayımlayıb. Türkiyə Qəzet Federasiyasının (TGF) sədr köməkçisi və Alanya Qəzetlər Cəmiyyətinin sədri Mehmet Ali Dim, ermənilərin Azərbaycan sərhədlərinə silahlı hücumu zamanı ölən 8 əsgərimizin ağrısını dərindən hiss etdiklərini bildirərək «Bu indiyə qədər türk xalqlarına qarşı törədilən erməni zalımlığının yeni bir nümunəsidir» deyib. «Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamalarına görə, gecə saatlarında Azərbaycanın Tərtər və Ağdam bölgələrində erməni təxribat və kəşfiyyat nümayəndələri ilə atışma baş verdiyini, nəticədə Azərbaycanın 8 əsgərinin şəhid olduğunu öyrəndik. «Bir millət, iki dövlət» olduğumuz qardaş ölkə Azərbaycanın bu acısını dərindən hiss edirik. Tarix boyunca adı bir çox qətliamlarda hallanan ermənilər, bu addımları ilə əsl simalarını bir daha göstərdilər. Ermənilərin qadınlara, uşaqlara yaşlılara rəhm etməyib törətdikləri Xocalı faciəsi hələ də yaddaşlarda yenidir, silinməzdir. Beynəlxalq İctimaiyyətin bu qətliamlara və Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasına belə laqeyd yanaşmasını şiddətli qınayırıq. «Türkün bir ölüb, min dirildiyini» xatırladaraq, ermənilərin Türkiyə torpaqlarında olduğu kimi Azərbaycanda da kirli əməllərinə nail ola bilməyəcəklərini vurğulamaq istəyirik. Ürəyimizin Azərbaycanda olduğunu bildirərək, şəhidlərimizə Allahdan rəhmət, kədər içində olan ailələrinə , Azərbaycan xalqı və həmkarlarımıza baş sağlığı diləyirik».
Emin
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












