Türkiyənin Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlir açıqlanıb

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda jurnalistlərə açıqlamasında danışıb. O vurğulayıb ki, Türkiyə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini tikib tamamladıqdan sonra buraya yatırılan sərmayəni müəyyən müddət ərzində geri qazanacaq.
Zəngəzur dəhlizinin bölgə üçün həyati əhəmiyyətini vurğulayan Uraloğlu bu marşrutun Orta Dəhlizi dəstəkləyəcəyini bildirib:
"Orta Dəhlizlə birlikdə dəmiryolu ilə həyata keçiriləcək ticarət dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qənaətini təmin edəcək. Nəticə etibarilə, bütün mümkün alternativlərə hazır olmaq vacibdir. Bunu yalnız yükdaşıma imkanı deyil, eyni zamanda, strateji sərmayə kimi qiymətləndiririk”.
Nazir qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq:
“Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükdaşıma həyata keçiriləcək. Bu dəhliz vasitəsilə 30 illik proqnozda 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza azaldılması, 2,1 milyard lirə iqlimə təsirin azaldılması, 3,5 milyard lirə vaxt qənaəti və 4 milyard lirə avtomobil yolu təmiri qazancı əldə edəcəyik. Beləliklə, Zəngəzur Dəhlizindən 30 illik proqnozla 147,6 milyard lirə (6,12 milyard manat-red.) gəlir əldə edəcəyimizi hesablamışıq”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












