Türkmənistanla Əfqanıstan birgə dəmir yolu layihələrini müzakirə edib

Türkmənistan və Əfqanıstanın dəmir yolu idarələrinin nümayəndə heyətləri videokonfransla birgə tranzit və nəqliyyat layihələrinin təşviqini müzakirə ediblər.
Konfransda Akina-Andxoy və Turqundi-Herat dəmir yolu xətlərinin inşasından bəhs olunub.
Akina-Andxoy xəttinin Tacikistana qədər uzadılması planlaşdırılır ki, bu da Lapis Lazuli dəhlizinin (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) Asiya-Sakit Okean bölgəsinə doğru coğrafi inkişafı deməkdir.
Qeyd edək ki, 30 kilometr olan Akina-Andxoy hissəsinin çəkilməsi üçün müqavilənin dəyəri 21 milyon ABŞ dollarıdır. 173 kilometr uzunluğunda Turqundi-Herat dəmir yolu da zamanla qitənin yeni bazarlarına çıxmaqla regionda logistika zəncirləri şəbəkəsini genişləndirməyə imkan verəcək.
Asiya İnkişaf Bankı ilə İslam İnkişaf Bankı bu layihəyə investisiya qoymağa maraq göstərir.
Türkmənistan tərəfi Sərhətabaddan Əfqanıstan sərhədinə qədər 6 kilometrik bir giriş hissəsinin tikintisini aparıb. Bu hissədə uzunluğu təxminən 177 metr olan dəmir yolu körpüsü də inşa ediləcək. (AZƏRTAC )
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












