Tutulan azərbaycanlılar kimlərdir? - İŞİD yenidən dirçəlir

Pakistanın Xayber Paxtunxva əyalətində keçirilən xüsusi əməliyyat zamanı “İŞİD-Xorasan” (İŞİD-K) terror təşkilatının üzvü olan iki Azərbaycan vətəndaşının – Qor və Məhəmməd Yunusun həbs edilməsi, regional təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir ki, fəaliyyəti zəifləmiş hesab olunan İŞİD-in bu ən təhlükəli qanadının yenidən peyda olması və sıralarında Azərbaycan vətəndaşlarının aşkarlanması, terror təhlükəsinin hələ də bitmədiyini və qruplaşmanın cəlbetmə mexanizmlərinin işləkliyini göstərir. Xüsusilə virtual platformalar — “Telegram”, “Discord” və “WhatsApp” vasitəsilə həyata keçirilən ideoloji manipulyasiyalar, sosial problemləri olan və ya dini bilikləri səthi olan fərdləri radikallaşdıraraq terror şəbəkələrinə qatmağa davam edir. Bu durum təkcə regional deyil, həm də Azərbaycanın daxili təhlükəsizliyi üçün ciddi siqnal hesab olunur.

İlham İsmayıl
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Nocomment.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə İran, ABŞ və İsrail arasındakı gərginliyin artması terror qruplaşmaları üçün münbit şərait yaradır:
“Geopolitik xaos və dövlətlərarası münaqişələr hər zaman terror təşkilatlarının ‘boz zonalar’ taparaq yenidən güc toplamasına xidmət edir. İran və İsrail arasındakı mümkün genişmiqyaslı müharibə və ya ABŞ-nin regiondakı hərbi aktivliyi təhlükəsizlik boşluqları yaradır ki, İŞİD-K kimi qruplaşmalar bu boşluqdan istifadə edərək öz nüfuz dairələrini genişləndirirlər. Regiondakı qeyri-sabitlik həm də radikal qrupların təbliğat maşını üçün yeni arqumentlər verir, bu da Azərbaycan kimi ölkələrdən yeni tərəfdarların cəlb edilməsi riskini artırır”.
O bildirib ki, Azərbaycan vətəndaşlarının Pakistanda həbs olunması qruplaşmanın hələ də ölkəmiz daxilində gizli cəlbetmə metodlarından istifadə etdiyinin göstəricisidir:
“Dövlət Təhlükəsizliyi Xidmətinin bu ilin yanvarında Bakıda xarici ölkə səfirliyinə terror hücumunun qarşısını alması və ‘Abu Zər əl-Mühacir’ ləqəbli şəxslərin həbsi göstərdi ki, təhlükə yalnız uzaq sərhədlərdə deyil, həm də daxildədir. Terror qruplaşmaları indi daha hiyləgər psixoloji metodlara əl atır, insanlara ‘qardaşlıq’ və ‘mənəvi dəyər’ vədləri ilə yanaşırlar.
Lakin Azərbaycanın hüquq-mühafizə orqanlarının sərt və profilaktik tədbirləri, 200-dən çox şəxsin vətəndaşlıqdan çıxarılması bu təhdidlərin miqyasını kiçiltməyə xidmət edir. Buna baxmayaraq, beynəlxalq hərbi eskalasiyalar fonunda ‘Vilayət Xorasan’ın aktivləşməsi hər bir vətəndaşın və aidiyyəti qurumların daha ayıq-sayıq olmasını tələb edir”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












