“Uber Azərbaycan”la bağlı nə qərar veriləcək?

“Uber Azərbaycan” MMC ilə bağlı növbəti cərimə protokolu imzalanıb.
Avtosfer.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şirkətlə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 3 dekabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnən şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Müşfiq Vaqif oğlu Həsənovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
(tribunal.info)
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











