Üç avtomobil toqquşdu, biri kanala düşdü - VİDEO

Ceyranbatanda yol hərəkəti qaydalarının pozulması zəncirvari qəzaya səbəb olub. Qəza nəticəsində maşınlardan biri kanala düşüb. ANS-in məlumatına görə, Bakı-Quba yolunun 26-ci kilometrliyində 3 avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üzü paytaxta doğru hərəkət edən Anar Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomaşın qəfildən yolun qadağan olunan yerindən geri dönmək istəyib. Bu zaman avtomaşın “Mitsubişi” markalı maşınla toqquşub. Sonuncu nəqliyyat vasitəsi isə öz növbəsində qarşı hərəkət zolağına çıxıb. Və üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan Aynur Tanrıverdiyevin idarə etdiyi başqa bir “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub. Bu toqquşmadan sonra isə avtomaşın yoldan çıxaraq kanala düşüb. Hadisədən sonra kanala düşən avtomaşının sürücüsünü hadisə şahidləri oradan çıxara biliblər. Yüngül xəsarətlər alan sürücüyə hadisə yerindən yardım edilib. Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Qəzada iştirak edən sürücülərin izahatları alınandan sonra isə qəzaya hüquqi qiymət veriləcək.
Digər bir yol nəqliyyat hadisəsi zamanı isə piyada vurulub. Qəza Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Hadisə zamanı “VAZ 21 21” yəni, “Niva” markalı avtomobil yolu keçən təxminən 50-55 yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib. Aparılacaq araşdırmalardan sonra isə vurulan piyadanın şəxsiyyətinə və qəzanın baş vermə səbəblərinə aydınlıq gətiriləcək.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












