Üç ölkə Rusiyadan yan keçən dəmir yolunun tikintisinə başladı

Çin, Qırğızıstan və Özbəkistan Rusiya Federasiyasından yan keçən dəmir yolunun tikintisinə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə dekabrın 27-də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanılması mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov danışıb.
Japarovun sözlərinə görə, yeni dəmir yolu təkcə strateji obyekt deyil, həm də birləşdirici halqa olacaq.
“Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu dəhlizi Avrasiya qitəsinin cənub körpüsünün qoluna çevriləcək və Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq. Bu marşrut yüklərin Çindən Qırğızıstana və Mərkəzi Asiyaya, oradan isə Türkiyəyə və daha sonra Avropa İttifaqına çatdırılmasına imkan verəcək. Layihə regional əlaqələrin gücləndirilməsinə və nəqliyyat marşrutlarının şaxələndirilməsinə xidmət edəcək ki, bu da nəqliyyat tranzit qovşağı kimi regionun rəqabət qabiliyyətini artıracaq”, o deyib.
Sadır Japarov əlavə edib ki, dəmir yolu Qırğızıstanın iqtisadi artımını sürətləndirəcək və ölkənin Avrasiyada tranzit qovşağı kimi mövqeyini gücləndirəcək.
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












