Üç yük maşını “Jiquli”ni əzdi: ölən və yaralananlar var

Ötən gün saat 19:00 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yük maşınlarının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”, Niyaməddin Kərimovun idarə etdiyi “KamAZ”, Mehrab Məmmədtağıyevin idarə etdiyi “VAZ-21074” və “TİR” markalı avtomobillər toqquşublar. “TİR” markalı avtomobil hadisə yerindən qaçıb. “Jiquli”də olan M.Məmmədtağıyevin azyaşlı oğlu Yusif hadisə yerində ölüb. Digər sərnişinləri - arvadı Ofeliya, qızları Günel və Mehriban, habelə N.Kərimov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Niyamməddin Kərimov idarə etdiyi “Kamaz” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Mehrab Məmmədtağıyevə məxsus “VAZ-2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və Mehrab Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı Ofelya Məmmədtağıyeva, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Könül Məmmədtagıyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ailənin daha bir üzvü - 8 aylıq Yusif isə hadisə yerində ölüb.
Mehrab Məmmədtağıyev deyib ki, maşında nasazlıq yaranıb, o səbəbdən kənarda saxlayıb: "Yoldaşım dedi, çörək yeyək. Uşağı götürdüm, onlar arxada çörək yeyirdi. Mən də qabaqda oturmuşdum. Bir də gördüm “Kamaz” gəldi, uşaqların üçü də yapışdı yerə".
Niyamməddin Kərimov isə deyib ki, onun maşınına başqa avtomobil dəyib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO










