Uçmaq təhlükəsi ilə üzləşən məktəbə yeni bina tikiləcək

Biləsuvar rayonu, Melioratorlar qəsəbəsində yerləşən 1 nömrəli məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı xəbər vermişdik. Məktəbin tavanında və divarlarında yaranan çatlar təhlükəli həddə çatdığından təhsil müəssisəsinin ikinci mərtəbəsində tədris dayandırılmışdı. Valideynlər məktəb binasının uçma təhlükəsi ilə üz-üzə olmasından narahat idilər.
Təhsil Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, sözügedən məktəb binasının qəzalı vəziyyətdə olması əsas gətirilərək yeni bina tikilməsi qərara alınıb: “Biləsuvar şəhəri, Melioratorlar qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbin qəzalı vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsində baxılıb. Məktəb binası uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən qəzalı vəziyyətə düşüb və yeni məktəb binasının tikilməsi məqsədəuyğun hesab edilir. Bildiririk ki, növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində bu məqsədlə Təhsil Nazirliyinə vəsait ayrıldığı təqdirdə müraciətdə qaldırılan məsələ öz həllini tapacaq”.
Nazirlikdən həmçinin bildirilib ki, 1 nömrəli tam orta məktəbin binası ümumi şagird tutumu 200 şagird yerlik olmaqla 2006-cı ildə inşa olunub. Hazırda məktəbdə 176 şagird təhsil alır. Məktəbdə 18 müəllim, 9 texniki işçi çalışır.
Qeyd edək ki, redaksiyamıza müraciət edən valideynlər 2006-cı ildə tikilən məktəb binasının “Azəraqrartikinti ” ASC tərəfindən keyfiyyətsiz şəkildə inşa olunduğunu qeyd edirlər. Onların iddiasına görə, həmin vaxt tikinti normalarına əməl olunmayıb, bina keyfiyyətsiz inşa olunub. Nəticədə artıq bir ildən sonra binada problemlər ortaya çıxıb.



Qafqazinfo
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR










