Üçüncü sinfin KSQ-dəki sual qalmaqal yaratdı – “Atam həyətdə adam doğrayır?” - FOTO

3-cü sinif şagirdlərinə verilən KSQ (Kiçik Sınaq Qiymətləndirmə) imtahanındakı dərs vəsaitindən yayılan sual ciddi müzakirələrə səbəb olub. Sualda “Atam həyətdə ........ doğrayır” cümləsi təqdim edilib və tapşırııq olaraq nöqtələrin yerinə cavab variantları kimi “odun” və “adam” ifadələri göstərilib. Sosial şəbəkələrdə valideynlər tərəfindən yayılan bununla bağlı foto sərt şəkildə tənqid edilib. KSQ imtahanındakı sualın uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyi vurğulanaraq, “Adam doğramaq” variantının təqdim edilməsi gələcək nəsillər üçün potensial cinayətkarlığın aşılanması kimi qiymətləndirilib.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil:
“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb.Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, -deyə məlumatda qeyd olunub.
Məlumat üçün bildirək ki, KSQ (Kiçik Sınaq Qiymətləndirmə) testlər Elm və Təhsil Nazirliyi tərəfindən nəzarət olunan və təsdiq edilən bir sistem çərçivəsində hazırlanır. Belə ki, Nazirlik ümumi siyasəti müəyyən edir, testlərin məqsəd və standartlarını təsdiq edir. Təhsil İnstitutu isə testlərin məzmununu hazırlayan əsas qurumlardan biri kimi çıxış edir. Burada müvafiq fənn üzrə ekspertlər və metodistlər test suallarını tərtib edir. Fənn müəllimləri və metodik ekspertlər isə sualların pedoqoji və təhsil proqramına uyğunluğunu, eləcə də şagirdlər üçün çətinlik səviyyəsini yoxlayırlar. Bir sözlə hazırlanmış testlər Nazirlik tərəfindən nəzərdən keçirilir, keyfiyyət və düzgünlük baxımından yoxlanılır, sonra KSQ imtahanlarında istifadə üçün təsdiqlənir.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












