İran Xəzərdə gəmiyə edilən hücuma görə Ukraynadan təzminat tələb edib

Rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə baş tutan telefon danışığı ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda vurğulayıb. Əraqçi bildirib ki, Sibiqa onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib. "İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - o bildirib.
***
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə Xəzər dənizində İranın mülki gəmisinə bu yaxınlarda olunan hücumu müzakirə edib. Sibiqa bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb. "Mən İranın xarici işlər nazirinə açıq söhbət üçün zəng etdim. Diplomatiya - hətta çətin olduqda belə birbaşa dialoqdur. Mən vurğuladım ki, məqsədimiz lazımsız eskalasiyadan qaçmaqdır. Mən bir daha bildirdim ki, Ukraynanın bütün hərəkətləri müstəsna olaraq ölkəmizi Rusiya təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı hədəflənməyib. Bu həmçinin son insident zamanı mülki gəmiyə hücumda onların vətəndaşının həlak olması ilə bağlı İranın verdiyi bəyanatlara da aiddir", - ukraynalı nazir qeyd edib. Sibiqa vurğulayıb ki, Ukraynanın əsas məqsədi "bütün bu cür hadisələrin ilkin səbəbi" olan Rusiyanın hücumuna qarşı çıxmaqdır: "Bütün təxribatlara və qurbanlara görə tam məsuliyyəti məhz Rusiya daşıyır".
O, eskalasiyaya gətirib çıxaran hər hansı addımlardan çəkinməyin, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsinə hər cür dəstəyi dayandırmağın zəruriliyini vurğulayıb. "Bu müharibə qanunsuzdur və o başa çatmalıdır. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir", - Sibiqa yekunlaşdırıb.
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












