Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var - İlham Əliyev

Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Avtosfer.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.
Dövlət başçısı bildirib:
"Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən "İsgəndər M" ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki "İsgəndər M" raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan "İsgəndər E", yəni eksport növüdür. "İsgəndər M" raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı.
Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, - hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, - oraya vizalar alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar. Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın.
Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq".
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO











