"Ulduz" stansiyası yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müddətdir bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır. Avtosfer.az xəbər verir ki, metronun "Ulduz" stansiyasının yaxınlığında aparılan işlər avtomobillərin də hərəkətinə mane olur.
Həmçinin Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun qarşısında qazılan quyu həmin yolu avtomobillər üçün tam bağlayıb.
Qeyd olunub ki, kommunal xətlərin yenilənməsi ilə əlaqədar qazıntı işləri 3 aydır davam edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeydolunan ünvanda yol infrastrukturunun yenilənməsi işləri həyata keçirilir. Bu səbəblə bütün kommunikasiya xətləri, həmçinin su və tullantı su xətləri də yenilənir.
Sakinlərin sözlərinə görə, yolun bərpası işlərinə isə avqust ayından başlanılıb. Bəs sözügedən layihə nə vaxt yekunlaşacaq?
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tənzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası davam etdirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












