Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!

Fəsil keçidləri, temperatur fərqlərinin artması və hava şəraitindəki dəyişikliklər insan orqanizminin tarazlığına ciddi təsir göstərir. Bu dövrlərdə xüsusilə ürək və damar xəstəliklərinin sayında artım müşahidə olunur. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, kardioloq İsmayıl Erdoğu fəsil keçidlərinin ürək xəstələri üçün təhlükəli olduğunu bildirərək deyib: "Soyuq havalar ürək tutmalarını tətikləyə bilər. Bu dövrdə bədən istiliyini qorumaq və qidalanmaya diqqət yetirmək böyük əhəmiyyət daşıyır".
Ani istilik dəyişiklikləri damarların daralmasına, bununla da ürəyin yükünün artmasına səbəb olur. Soyuq havalarda ürək daha çox efor sərf etdiyindən, xroniki ürək xəstələrinin bu dövrdə daha diqqətli davranmaları tövsiyə olunur. Həkim xəbərdarlıq edib ki, açıq havada edilən qəfil və ağır idman hərəkətləri də ürək tutmasına səbəb ola bilər.
İsmayıl Erdoğu bildirib ki, fəsil keçidləri zamanı insanların həyat tərzi və qidalanma vərdişləri dəyişir:
"Yayda insanlar daha çox tərəvəz və meyvə yeyirlər, lakin qışda yağlı və daha ağır qidalar üstünlük təşkil edir. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. 40–45 yaşdan yuxarı, idmanla mütəmadi məşğul olmayan şəxslər ağır məşqlərdən çəkinməlidirlər. Soyuq havada, xüsusilə halı sahələrdə futbol oynamaq kimi fəaliyyətlər ani yorulma və soyuqla birlikdə ürək tutmasını tətikləyə bilər. Hazırda biz ürək tutmalarının artacağı bir dövrə daxil olmuşuq".
Həkim Erdoğu qeyd edib ki, ürək tutmalarından ölüm hallarının əsas səbəbi xəstələrin xəstəxanaya gec müraciət etməsidir:
"Bəzi insanlar şikayətlərini ürək problemi ilə əlaqələndirmir və xəstəxanaya getmirlər. Halbuki risk faktorları olan şəxslərin vaxtında müraciəti həyati əhəmiyyət daşıyır. Tərəvəzlərdəki C və E vitaminləri damar sağlamlığı üçün çox önəmlidir. Qışda da gündəlik menyuda tərəvəz və salat mütləq yer almalıdır. Həftədə ən az iki dəfə balıq yemək soyuq havalarda qəfil ürək tutmalarının qarşısını ala bilər".
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
Hazırda Bakıda bu yollar tıxacdır - SİYAHI - FOTO
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ












