“Uşaqdan silahın növünü niyə soruşursunuz?”

Məlum olduğu kimi, bu gün Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimini güllələyib. Hadisə baş verən əraziyə yollanan media nümayəndələri güllələnmə ilə bağlı detalları öyrənmək üçün həmin təhsil müəssisəsində oxuyan aşağı sinif şagirdlərindən müsahibə alıb. Mikrofonlar qarşısında sual atəşinə tutulan məktəblilərin açıqlamaları üzləri gizlədilmədən mediada yayımlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı şagirddən hadisənin təfərrüatının öyrənilməsi və bu şəkildə təqdimatı sosial şəbəkələrdə tənqid olunub.
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova da bununla bağlı öz narahatlığını bildirib: “Əziz media mənsubları! Jurnalistika qaydalarına görə, müsahibə aldığınız uşağın ya üzünü bağlamalısınız, ya da onun yanında qəyyumu (valideyn, müəllim və s) dayanmalıdır. Ən əsası, uşağa dəxli olmayan sualları ona vermək düzgün deyil.
Uşaq nə bilir “AKM” nədir və ya niyə bilməlidir?! Ondan silahın növünü niyə soruşursunuz?! Bugünkü müdhiş hadisəni işıqlandıran zaman emosiyalara qapılmaq olmaz. Uşağa hərə bir tərəfdən həyəcanlı suallar verir, o da bilmir kimə nə desin…”
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, bu hadisə həmin şagirdin düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək: “Güllə təkcə Şəhla müəllimə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi.
Niyə? Çünki bu vaxta kimi müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi. İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək. Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək. İtirən Azərbaycan təhsili olacaq”.
Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Bakıdakı “İdrak” liseyinin müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












