ÜST rəsmisi: “Delta” ştammının Azərbaycana gəlməsinin qarşısını almaq qeyri-mümkündür”

“May ayından bu günə qədər koronavirusa yoluxma və ölüm sayında azalma var. Bu, sevindirici haldır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, bu mənzərəyə əsasən pandemiyanın üçüncü dalğasını da geridə qoyduğumuzu demək olar:
“Karantin rejimi yumşaldıldı, toy mərasimlərinin keçirilməsinə icazə verildi. Bu, insanlarda bir qədər rahatlıq yaratdı, özlərini yaxşı hiss etməyə başladılar. Lakin yenə də ehtiyatı əldən vermək olmaz”.
H.Harmancı “Delta” ştammının qarşısının alınması üçün Azərbaycanda görülə biləcək işlərdən danışdı:
“Virusun bu ştammının Azərbaycana gəlməsinin qarşısını almaq qeyri-mümkündür. Çünki ölkədən beynəlxalaq uçuşlar həyata keçirilir. Lakin “Delta” ştammının ölkədə olub-olmamasını yoxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən yüksək səviyyəli laboratoriyalar var. Lakin bundan qorunmanın əsas yolu vaksinasiyadır. Bu gün ÜST-ün siyahısında olan bütün peyvəndələr ağır xəstəliklərin, ölümün qarşısını almaq üçün effektivdir”
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












