Vahid Əhmədov: “Müharibə Ermənistan iqtisadiyyatını çökdürür, Xankəndi, Şuşa boşalır...”

“Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlı olduğu üçün müharibənin təsirləri o qədər hiss edilmir, arxa cəbhədə həyat öz axarında davam edir, insanlar öz işində-gücündədirlər. Ordumuzun daha da qüvvətli olması üçün hər cür dəstəyi əsirgəmirlər”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Deputat deyib ki, qüdrətli Azərbaycan dövlətinin bütün sahələrdə ehtiyatları var: “Bizim zərərlərimiz ermənilərin məruz qoyduğu dağıntılardır. Hansı ki, çox sayda mülki əhalinin evi dağıdılıb, obyektlər yararsız hala düşüb. Dəymiş ziyanla bağlı dəqiqləşmələr aparılır, baş prokuror Kamran Əliyevin rəhbərliyilə yaradılan xüsusi istintaq qrupu araşdırmaları davam etdirirlər. Ermənilər tərəfindən dəymiş ziyan beynəlxalq məhkəmələrdə çəkişmə obyekti olacaq. 30 ildə Azərbaycan düşmənin işğalçılıq siyasətindən gördüyü ziyanla bağlı da beynəlxalq məhkəmələrə müraciət edəcək. Bunun üçün bizim əlimizdə kifayət qədər faktlarımız var”.
Deputatın sözlərinə görə, 27 sentyabrdan başlayan hərbi əməliyyatlardan sonra Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşıb: “Onsuz əhali çətin vəziyyətdə yaşayırdı, pandemiya onları çökdürmüşdü. Xarici havadarlarının hesabına dolanırdılar. İndiki məqamda sosial cəhətdən təmin olunmamış əhalinin güzəranı daha da ağırlaşıb.
Dövlət başçımız humanistlik göstərərək, onlara işğalçılıq siyasətindən vaz keçməyi, əraziləmizi tərk etməyi təklif etdi. Paşinyan bununla razılaşmadığı üçün nəticələrə qatlanmalıdır. Ermənilər nəhayət anlamalıdırlar ki, Paşinyanın həyata keçirdiyi siyasət, onları hər gün daha da ağır sona yaxın edir”.
V.Əhmədov bildirib ki, müharibə Azərbaycanın qələbəsilə sonlanacaq: “Buna heç kimin şübhəsi olmasın. Bu günlərdə torpaqlarımızın azad edilməsilə bağlı yeni xəbərlərin müjdəsini cənab Prezidentdən və şanlı ordumuzdan alacağıq. Qələbəyə çox az qalıb. İnşallah, bundan sonra əsas işimiz azad edilmiş torpaqlarımızın yaşayış üçün bərpa edilməsinə yönəldiləcək. Bunun üçün yeni qanunlar tərtib ediləcək, əhali öz yurd-yuvasına qayıdacaq. Ona görə də nikbin olmaq lazımdır”.
Parlamentari deyib ki, Paşinyanın axşamkı “danışıqlara hazıram” fikrinin heç bir əhəmiyyəti yoxdur: “Faktiki olaraq, Azərbaycan Ordusu böyük üstünlüklə qələbə qazanır. Məsələnin tam həlli üçün çox az qalıb. İndi Paşinyan nəyin söhbətin etmək istəyir?! Cənab Prezident, Müdafiə naziri öz təkliflərini elədi, qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıq dedi ki, “çəkilin işğal etdiyiniz torpaqlardan”. Təklif ediləndə baxmadılar, indi dalana dirənəndə Paşinyan danışıq istəyir?! Görür ki, əhalisi qaçır, Xankəndi, Şuşa boşaldılır. Belə bir şəraitdə Azərbaycan danışıq masasına niyə oturmalıdır ki?! Paşinyanın özünün bundan sonra baş nazir olub-olmayacağı dasual altındadır. Gedişat göstərir ki, hadisələr yekunlaşandan sonra Paşinyan hakimiyyətdən kənarlaşdırılacaq. Çünki erməni rəhbər çox böyük səhvlərlə tarixə düşür”.
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB










