Vahid Əhmədovun prokuror oğlu atasına görə işdən çıxarılıb? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Vahid Əhmədovun Qaradağ rayon prokuroru vəzifəsində çalışan oğlu Zəfər Əhmədov vəzifəsindən azad edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Deputatın oğlunun postundan uzaqlaşdırılması ilə bağlı xəbər müzakirəsiz ötüşməyib. Sosial şəbəkələrdə bu qərarın onun atası ilə bağlı olduğuna dair məlumatlar yayılıb. İddia olunub ki, Vahid Əhmədov növbəti dəfə deputatlığa namizəd olmaq fikrinə düşdüyü üçün hakimiyyətdəki bəzi dairələr onu cəzalandırmağa qərar verib.
Avtosfer.az xəbər verir ki, Bununla bağlı "Yeni Sabah" məsələnin təfərrüatını öyrənib. Məlum olub ki, Zəfər Əhmədovun vəzifəsindən azad ediliməsinin onun atası ilə heç bir əlaqəsi yoxdur:
"Zəfər Əhmədov sabiq baş prokuror Zakir Qaralovun əmri ilə 3 iyul 2019-cu ildə Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifədə sələfi Natiq Abdullayevi əvəzləmişdi. Bu il iyilun 3-də 5 illik müddət başa çatdığı üçün Əhmədov tutduğu vəzifədən uzaqlaşdırıldı. Sosial şəbəkələrdə iddia edildiyinin əksinə olaarq, o, prokurorluq orqanlarından xaric edilməyib, sadəcə, sərəncama götürülüb".
Mənbə deyib ki, sərəncama götürülən şəxslərə sonradan etimad göstərilməsi hallarına hüquq-mühafizə orqanlarının təcrübəsində tez-tez rast gəlinir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












