Vaksin vurdurmaq istəyənlər arasında sıxlıq yaranıb - SƏBƏB
Gündəm
27 May 2021 14:52

Bu gün sosial şəbəkələrdə bəzi poliklinikalarda vaksin vurdurmaq üçün gələn vətəndaşlar arasında sıxlıq yaşanıb. Vaksin üçün müraciət növbəlilik prinsipi ilə həyata keçirilsə də, bəzi poliklinikaların həyətində sosial məsafənin qorunmadığı aydın görülür. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bəzi poliklinikalarda sıxlıqla bağlı oxu.az-a cavab verib. Bildirilib ki, operativ qərargahın sonuncu brifinqindən sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir:
“Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır. Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.
Qeyd edək ki, bu gün 1 saylı Kliniki Tibbi Mərkəzin həyətində vaksin vurdurmaq üçün gələnlər arasında sosial məsafənin qorunmaması, yaranan sıxlıq müzakirələrə səbəb olub.
Oxunub : 1348
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 16:11
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 15:11
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
ŞƏRH YAZ












