Valideynlərə və hazırda xidmətdə olan əsgərlərə MÜRACİƏT

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Müdafiə Universitetində daha bir yenilik - müddətli həqiqi hərbi xidmətdə olanlar (hazırda xidmət edən əsgərlər nəzərdə tutulur) üçün təhsil imkanı!
İlk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.
Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcək. Müəyyən edilmiş meyarlara cavab verən yüksək göstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcəkdir. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.
İki illik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.
İmtiyazlar:
Təhsil müddətində -
- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;
- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;
- dövlət hesabına xaricdə təhsil imkanı.
Xidmət müddətində -
- gizir hərbi rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi);
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada davamlı yüksəliş.
Tələb olunan meyarlara uyğun gələn və hazırda xidmətdə olan hərbi qulluqçuların valideynlərini maraqlandıra biləcək suallarla bağlı ətraflı məlumat almaq üçün Milli Müdafiə Universitetinin rəsmi WhatsApp kanalını (https://whatsapp.com/channel/0029Vb5xsnr30LKR5UG9kQ0) izləyin".
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










