Vatsapda yayılan səsyazısı ilə bağlı - Rəsmi açıqlama

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq halları müşahidə edilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı yayıb.
O bildirib ki, hazırda vatsap səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:
"Əziz müəllimlər, dəyərli həmkarlarım.
Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik.
- İlk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri “smslə gəlmir.” Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.
- Səs yazısında haqqında danışılan “imtahan komitəsi” adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir “komitə” fəaliyyət göstərmir.
- Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












