Vaxtında aparılan məlumatlandırma 60-a yaxın erkən nikahın qarşısı alınıb - Zeyni Hüseynov

Fundamental insan hüquqlarını məhdudlaşdıran, cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi təhlükəli təzahürü özündə ehtiva edən məişət zorakılığı, xüsusən də qadınlara qarşı zorakılıq halları dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da cəmiyyətdə narahatlıq doğuran aktual problemlərdəndir. Zorakı əməllərdən, o cümlədən məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların ifadə vermək, etiraz etmək, vəsatət qaldırmaq, cinayət işinin materialları ilə tanış olmaq, cinayət prosesində qanuni mənafelərinin təmsil edən nümayəndəyə malik olmaq və digər prosessual hüquqlarının müdafiəsi istiqamətində də iş aparılır.
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis kapitanı Zeyni Hüseynov "Yaşıl dünya naminə həmrəy olaq - Qadın zorakılığına yox deyək!" mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, zərif cinsin nümayəndələrinin öz hüquqlarını bilməsi və zorakı əməllərlə effektiv mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır:
“Daxili İşlər Nazirliyi tərəfindən ilin ötən dövründə 2 mindən çox belə tədbir keçirilib. Vaxtında aparılan məlumatlandırma nəticəsində 60-a yaxın erkən nikahın qarşısı alınıb”.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru İmran Əliyev isə ilin ötən dövr ərzində respublika ərazisində 3 min 787 ailənin münaqişəli kimi qeydiyyata götürüldüyünü diqqətə çatdıraraq, belə müraciətlərin araşdırılmasından danışıb:
"Ailə münaqişəsi, o cümlədən məişət zorakılığı ilə bağlı nazirliyə və ərazi orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır, münaqişəli ailələr qeydiyyata götürülərək, aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir. Məişət zorakılığı zəminində baş verən hər bir cinayət faktı üzrə xidməti təhqiqat aparılaraq əməkdaşın bu növ cinayətlərin qarşısının alınması ilə bağlı gördüyü işlərə hüquqi qiymət verilir. Eyni zamanda, həmin cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlər davam etdirilir. Qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materiallar mütəmadi təhlil olunur, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması, aidiyyəti orqan və təşkilatlara vəsatətlər verilməsi təmin edilir".
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR








