Vəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz qalıb. Onun sözlərinə görə, Gənciyevə elektrik şok cihazları və digər ağır əşyalarla işgəncələr verilib. Aldığı xəsarətlər nəticəsində bir müddət xəstəxanaya yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb.
Vəkil qeyd edib ki, müdafiə tərəfi onun saxlanıldığını hələ cümə günü öyrənmişdi, lakin iki sutka ərzində Gənciyevin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Polis şöbələri və istintaq təcridxanalarında onun bu müəssisələrdə olmadığı deyilib. Yalnız dünən axşam Gənciyevin istintaq təcridxanasında saxlanıldığı bəlli olub.
Vəkil, həmçinin müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, Əhliman Gənciyev çətinliklə hərəkət edir və məhkəmə iclası zamanı ağrılar səbəbilə otura bilməyib. “Onun həyatı və sağlamlığı üçün narahatam. İstintaq təcridxanasında onunla mümkün qədər çox vaxt keçirməyə çalışacağam ki, mənim yanımda ona qarşı heç bir zorakı hərəkət edilməsin”, – deyə vəkil bildirib.
Qeyd edək ki, məhkəmə Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












