Vəkillərin polis orqanlarında müdafiə etdikləri şəxslərlə görüşünə maneə yaradılır? - AÇIQLAMA

“Bütün hallarda müdafiə tərəfi, yəni vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün müvafiq şərait yaradılır”.
Bunu e-huquq.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev polis orqanlarında vəkillərin müdafiə etdikləri şəxslərlə görüşünə süni maneələr yaradılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, vəkillərin peşə faəliyyətini həyata keçirməsi ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilmir.
“Vəkillər Kollegiyasının üzvü olan vəkillərin cinayət təqibi, cinayət istintaqı, yaxud inzibati icraatla əlaqəli müdafiə etdiyi şəxslə görüşməsi ilə bağlı bütün zəruri imkanlar yaradılır. Aparılan icraata uyğun olaraq vəkilin prosesdə iştirak edib-etməməsi ilə bağlı icazəsi, yəni müqavilə varsa, bu halda görüş təmin edilir. Bununla bağlı polis orqanlarında hər hansı məhdudiyyət tətbiq olunmur. Lakin bəzən tərəflər arasında müqavilə olmur, yaxud müqavilə olmamasına baxmayaraq, varmış kimi göstərilir. Bu halda görüşə icazə verilmir. Hər bir halda biz də maraqlıyıq ki, barəsində cinayət təqibi həyata keçirilən, təqsirləndirilən, şübhəli şəxs müdafiə tərəfi ilə təmin olunsun. Bu, daxili işlər orqanlarının marağında olan məsələlər sırasındadır”, - DİN rəsmisi qeyd edib.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











