Venesiyada erməni terroruna etiraz edilib - FOTO

İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər .
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada həmvətənlərimiz əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat xarakterli lövhələr tutublar. Aksiya iştirakçılarına yaxınlaşan çoxsaylı şəhər sakinlərinə və turistlərə işğalçı Ermənistan ordusunun terror aktları və mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlər ilə Azərbaycanın dinc sakinlərinin hədəfə alınması barədə məlumat verilib.
Bundan əlavə, şəhər sakinləri xüsusi skan-koddan istifadə etməklə Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı italyan dilində hazırlanmış məlumatlarla, eləcə də şəkillərlə tanış ola biliblər.
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO











