Vərəm xəstəsi orduya necə çağırılıb? - “Onu hərbi xidmətə göndərən hər kəs...”

"25 yaşlı Coşqun Sadıqov vərəm xəstəsi imiş, həm də nitq qüsurlu olub, kəkələməsi varmış. Yaşar adlı əmisi oğlunun sözlərinə görə, özünü ifadə edə bilməyəndə hətta bəzən dili təmamilə tutulurmuş. Nevroloji və psixoloji problemləri də olub. Məhz bu səbəblərdən 7 il əskər aparılmayıb". Avtosfer.az xəbər verir ki, bunu "Facebook" hesabında sosial məsələlər üzrə ekspert Zülfiyyə Əbülfərz yazıb.
O, 10 günün əsgəri 25 yaşlı Coşqun vərəm xəstəsi imiş, həm də nitq qüsurlu olub, kəkələməsi varmış. Yaşar adlı əmisi oğlunun sözlərinə görə, özünü ifadə edə bilməyəndə hətta bəzən dili təmamilə tutulurmuş. Nevroloji və psixoloji problemləri də olub. Məhz bu səbəblərdən 7 il əskər aparılmayıb.
Onu Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişməsi faktına dair fikirlərinin davamında qeyd edib:
"Maraqlıdır, bəs bu il o niyə əsgər aparılıb? Möcüzə baş verdi? Birdən-birə hərbi xidmətə yararlı oldu? Əgər sağal idisə, niyə əskər gedəndən bir neçə sonra vəziyyəti ağırlaşdı? Niyə də, niyə?!
Ən vacib məqam, vərəm xəstəsini yüzlərlə, minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək nə dərəcədə doğrudur? Camaatın sağlam uşağını yoluxdurmağa? Bu millətin düşmənisiniz?"
Coşqunu hərbi xidmətə göndərən hər kəs məsuliyyətə cəlb edilməlidir".
Xatırladaq ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalında dünyasını dəyişib. Mərhum Masallı rayonunun Qızılağac kəndində dəfn edilib. Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından yanvarın 26-da hərbi xidmətə çağırılıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












