Vergi ödəməyən sahibkarlar cərimələnəcək - VİDEO

2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildiriblər. "Vergi ödəyəndən sonra bizə nə qalacaq? Narkotik satmırıq, başqa şey etmirik. Qanun nəyi tələb edirsə, onu edirik", - deyə onlar söyləyiblər.
İqtisadçı Xalid Kərimli bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir:
"Amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil. Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır. Birincisi, öz qazancı aşağı düşür, ikincisi isə qiyməti artıra bilir. Qiyməti artırması da bazardakı vəziyyətdən asılıdır. Kiçik sahibkarların hamısında bu problem olacağına görə mümkündür ki, müəyyyən dərəcədə qiymətlərə təsir etsin".
Qeyd edək ki, vergi orqanı nəzarət tədbirləri zamanı hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər eyni hal il ərzində təkrar baş verərsə, bu məbləğ 4 000 manat, növbəti dəfə olarsa, 6 000 manat həcmində olacaq. Yenilik kənd təsərrüfatı məhsulları bazarlarında fəaliyyət göstərən sahibkarlara aid edilməyəcək.
Ətraflı Baku TV-nin süjetində:
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR










