Vilayət Eyvazov şəxsi heyəti Novruz bayramı münasibətilə təbrik etdi

Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin davamlı tərəqqisinin mühüm şərtlərindən olan asayişin və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verirlər.
Avtosfer.az xəbər verir ki, bu fikirlər daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə Novruz bayramı münasibətilə təbrikində yer alıb.
“Novruz bayramı münasibətilə Sizi, hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Özündə xalqımızın çoxəsrlik mədəni keçmişini və zəngin mənəviyyatını dolğun təcəssüm etdirən bu Novruz bayramı da yurdumuzun hər bir yerində xoş ovqatla qarşılanır, eyni zamanda günbəgün inkişaf edib qüdrətlənən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu dövlət siyasəti sayəsində işğaldan azad edilmiş şəhər və rayonlarımızın yenidən canlandırılması və əzəli torpaqlarımıza əbədi qayıdış naminə aparılan quruculuq işləri vətəndaşlarımızın bayram sevinclərini və qurub-yaratmaq əzmini daha da artırır.
Öz növbəsində parlaq Qələbənin böyük qürurunu yaşayan, xalqa və dövlətə sədaqətli xidməti möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilən əməkdaşlarımız və hərbi qulluqçularımız da bu bayram günlərində insanların dinc həyatını, qanuni mənafelərini, hüquq və azadlıqlarını qətiyyətlə qoruyur, ölkəmizin davamlı tərəqqisinin mühüm şərtlərindən olan asayişin və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verirlər.
Qanunla müəyyən edilmiş mühüm vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəyinizə əminliyimi ifadə edərək hamınıza möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram. Bayramınız mübarək!”, - nazir qeyd edib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












