Vilayət Eyvazov "Zəfər günü" ilə bağlı MÜRACİƏT ETDİ

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov "Zəfər günü" ilə əlaqədar müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin birinci ildönümü – Zəfər Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Milli birliyimizi, həmrəyliyimizi, ölkəmizin iqtisadi və hərbi qüdrətini bütün dünyaya göstərdi. Bu birlik dəmir yumruğa çevrilərək düşmənin başını əzdi, onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dövlət Başçısının əmri ilə əks-hücum əməliyyatlarına cəlb edilmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Azərbaycan Ordusu ilə birgə Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın istiqamətlərində döyüşlərdə mərdlik, igidlik və cəsarət göstərdi, qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirdi. Biz Vətən torpağı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlar ilə, həmçinin sağlamlığını itirən fədakar döyüşçülərimizlə fəxr edirik. Qoşunların Vətən müharibəsindəki döyüş yolu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək yüzlərlə hərbçimiz orden və medallarla təltif edildi, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Bu əlamətdar və tarixi gündə Sizə, habelə şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə uğurlar arzulayıram!"
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











