Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?

Azərbaycanda son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğavari dəyişmə ondan xəbər verir ki, virus hələ də aktivdir, patogendir, insanları yoluxdurmaqda davam edir. Ona görə də daha diqqətli olmalıyıq.
Bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib. O qeyd edib ki, yoluxma faktı həm də insanların klinikaya hansı zaman müraciət etməsindən, analizlərin götürülmə vaxtından asılıdır.
Həkimin sözlərinə görə, əslində ötən gün virusa yeni yoluxma rəqəmi (331 -red.) bizim əhali üçün böyük rəqəm sayıla bilər: “Əgər dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməsəydi, bu rəqəm daha da çox ola bilərdi.
Hazırda təkcə bizim ölkəmizdə deyil, bütün dünyada virusa yoluxma sayında artım müşahidə olunur. Bəzi insanların şüuru çox yüksəkdir, ailələrinə, özlərinə diqqətlidirlər, qoyulan qaydalara əməl edirlər. Qaydalar da çox sadədir: əllərin gigiyenası, maska taxmaq, havada olmaq, sosial məsafə saxlamaq və sair. Təəssüf ki, bəzi insanlar buna əməl etmirlər, bu faktlara inamsız yanaşırlar. Nə qədər qadağalar qoyulsa da, ad günləri, yas mərasimləri keçirirlər, qapalı məkanlarda toplaşırlar. Nəticədə daha çox yoluxma olur”.
G. Əliyeva vurğulayıb ki, bu virusun ən böyük aqressivliyi ondan ibarətdir ki, insan yoluxduğu andan xəstəliyin özünü biruzə verən anınadək də yoluxucu ola bilər.
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib










