Virusun yeni dalğası gəlir – MÜTƏXƏSSİS HAZIRLIQ TƏDBİRLƏRİNİ AÇIQLADI

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin ağırlaşmağa başladığı barədə açıqlama yayıb. Hazırda Avropada gündəlik yoluxma hallarının sayı mart ayındakı vəziyyəti üstələyib. Virusa yoluxanlar arasında gənc və orta yaşlı şəxslərin üstünlük təşkil etməsi isə vəziyyətin daha da təhlükəli şəkil almasına səbəb olub. Mütəxəssislər bunu qitədə virusun yeni dalğası kimi qiymətləndirir. Həmçinin bəzi tibb mütəxəssisləri yeni dalğanın bütün ölkələri əhatə edəcəyi ilə bağlı həyəcan təbili çalıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar olaraq Lent.az -ın suallarını cavablandıran Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, Azərbaycanda COVID-19-un yeni dalğası qaçılmazdır:
“Sadəcə olaraq, virusun yeni dalğasının hansı səviyyədə olacağı bəlli deyil. Yəni, növbəti dalğa zamanı yaydakı kimi kütləvi yoluxma hallarının olub-olmamasını Azərbaycan üçün dəqiq proqnoz etmək mümkün deyil, çünki biz digər ölkələrdəki kimi yumşalmalara gedən zaman virus daşıyıcısı qalıq xəstələrin sayını dəqiq bilmirdik. Amma hər kəs bilməlidir ki, bu təhlükə Azərbaycan üçün hələ də var, realdır”.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










