Vulkana görə aeroportda uçuşlar dayandırılıb

İtaliyanın Siciliya adasındakı Etna vulkanında müşahidə olunan fəallıq səbəbindən Kataniya hava limanında uçuşlar ləğv edilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, vulkanın püskürdüyü kül və toz dumanına görə Kataniya aeroportunda iki hava sahəsi bağlanılıb.
Kataniya hava limanını idarə edən SAC şirkətindən bildirilib ki, Etnanın püskürmə fəaliyyəti və eyni vaxtda atmosferə yayılan vulkanik kül emissiyası səbəbindən aeroportun “B2” və “B3” sektorları bağlanıb, bütün uçuşlar ləğv olunub. Təyyarələr Palermo və Trapani hava limanlarına yönləndirilib. Toz dumanı azaldıqdan və onun uçuş infrastrukturuna təsiri minimuma endikdən sonra əməliyyatlar davam etdiriləcək.
Hündürlüyü təxminən 3330 metr olan Etna vulkanın Voraqin kraterində partlayış baş verib və lava axını olub. Avropanın ən hündür və aktiv vulkanı olan Etnada son bir neçə həftədir fəallıq müşahidə edilir.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












