Vüqar Bayramov: “Pulsuz tibbi xidmətin hansı qurumlar tərəfindən ödəniləcəyi dəqiqləşdirilməlidir”

“Pulsuz tibbi xidmət və dövlət büdcəsindən bu vəsaitin ödənilməsi ümumi xarakter daşıyır. Bunun konkret hansı qurumlar tərəfindən ediləcəyi dəqiqləşdirilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən 1 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulsa da, pandemiya səbəbindən icbari tibbi sığortanın tətbiq edilməsi mümkün olmadı:
“Amma gələcəkdə bu vəsait yenə də ayrılacaq. Ona görə də qanun layihəsində də tibbi sığorta xərclərinin ödənilməsi üçün konkret ünvan kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi göstərilməlidir. Eyni zamanda digər qanun layihələrində (“Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”) maliyyə mənbəyi konkretləşdirilməlidir”.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə Vüqar Bayramova cavabında bildirib ki, maliyyələşməni konkret hansı qurumun həyata keçirəcəyi Prezidentin fərmanı ilə müəyyən ediləcək.
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO










