Vüsalənin yolunu kəsdi, qəza şəraiti yaratdı - VİDEO

Aparıcı Vüsalə Əlizadə Daxili İşlər Nazirliyinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, buna səbəb isə onun yolda başına gələn xoş olmayan hadisə olub. Belə ki, bu barədə Vüsalə instaqramda video paylaşıb. O bildirib ki, avtomobil idarə edərkən tanımadığı şəxs yolunu kəsməyə çalışıb:
“2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır, hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib yol almaq istəyirəm, görün bu alçaq başıma nə oyun açır, necə yolumu kəsir! Yolumu kəsməyi bəs deyil, əl-qol çıxarıb bağırır, təhqir edir!
Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi. Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır! Bu, məcbur olub telefonla çəkdiyim videonun az hissəsidir. Tam video avtomobilimdəki kamerada var... Çox rica edirəm, bu tərbiyəsizi tapıb tədbir görəsiniz və etdiyi şərəfsizliyə görə üzr istəsin! Ölkəmin polisinə güvənirəm,inanıram ki, şikayətimə tez bir zamanda baxılacaq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












