“WhatsApp” yazışmaları məhkəməyə sübut kimi təqdim edilə bilərmi?

“Tərəflərin birbaşa mübahisələrinə aid olan səs yazıları, video-qeydlər məhkəməyə sübut kimi təqdim oluna bilər”.
Bunu vəkil Vamiq Şükürov bildirib. “Əksər insanlar hesab edir ki, səs yazılarından, video-qeydlərdən məhkəmələrdə istifadə etmək olmaz. Yəni hakim səs yazılarına əsaslanıb qərar çıxara bilməz. Yaxud səsini yazdığımız, videolarını çəkdiyimiz şəxslərin razılığı olmadan həmin sübutlardan məhkəmədə istifadə etmək olmaz. Lakin bu, belə deyil. Məsələn, bir şəxs digərinə pul borcludur və borcun ödənilməsi üçün məhkəməyə müraciət edilib. Lakin həmin şəxs məhkəmədə iştirak edərək borcunun olduğunu inkar edir. Bu zaman biz borcun olması barədə səs yazısını və yaxud da “WhatsApp” yazışmasını məhkəməyə təqdim edirik. Belə olan halda, bu, gizli səs yazma sayılmır. Çünki kiminsə şəxsi həyatına müdaxilə edilmir. Belə olan halda həmin səs yazısından məhkəmədə istifadə oluna bilər. Bu tərəflərin birbaşa ixtilaflarına, mübahisələrinə aid olan məsələdir və mahiyyət etibarilə tərəflərin öz mübahisələrini həll etmək üçün bir-birinə göndərdikləri bildirişlərdən fərqlənmir”, – deyə vəkil qeyd edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












