Xaçmazda məişət tullantılarının yığılıb qalması narazılıq yaradıb - FOTO

Xaçmaz şəhərində məişət tullantılarının daşınmasında ciddi çətinliklər müşahidə olunur. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhərin müxtəlif küçələrində günlərlə qalaqlanan tullantılar sakinlərin narazılığına, həmçinin xoşagəlməz mənzərə və üfunət qoxusunun yaranmasına səbəb olub.
Sakinlər bildiriblər ki, tullantılar vaxtında daşınmadığından xəstəlik riski artır, ətraf mühit çirklənir: "Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma nəticə yoxdur. Günlərlə qalaqlanan tullantıları bəzən özümüz yandırmaq məcburiyyətində qalırıq. İstəyimiz odur ki, tullantılar yalnız çəkiliş vaxtı yox, hər zaman vaxtında daşınsın".
Məsələ ilə bağlı Xaçmaz şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Rahil Mahmudov problemin səbəbini texniki nasazlıqla izah edib:
"Mövcud problem texnikaların nasazlığı ilə bağlıdır. Çoxu artıq istismar müddətini başa vurub. Hazırda tullantıların daşınması bərpa olunub. Rayona yeni xüsusi texnika da ayrılıb. Sənədləşmə işləri aparılır, yekunlaşdıqdan sonra istifadəyə veriləcək. Bundan sonra tullantıların daşınmasında problem olmayacaq".
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Formula 1-ə görə metroda iş saatı uzadılacaq
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO














