Xaçmazda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda mütəmadi olaraq maarifləndirici reydlər keçirirlər.
Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara açıq havada və qapalı məkanlarda özlərinin və ətraflarının sağlamlıqları üçün mütləq qaydada tibbi maskadan istifadə etmələrinin və sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər.
Keçirilən reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO












