"Xaliq Faiqoğlu”nun bütün avtobuslarında bank kartları ilə ödəniş mümkündür

NFC ödənişləri daha bir daşıyıcının avtobuslarında tətbiq edilir.
Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, bu gündən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan marşrut xətləri üzrə avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi aktivləşdirilib.
Sərnişinlərə əlavə üstünlüklər təqdim edən yeni sistem sayəsində artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır. İctimai nəqliyyat istifadəçiləri telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş edə bilirlər. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.
NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












