Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır - Deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları oktyabrın 17-də xalqa müraciəti zamanı cinayətkar Ermənistan hakimiyyətinin növbəti faşist əməlləri barədə dünya ictimayyətini xəbərdar etdi. Cənab Prezident müraciətində bildirib ki, “Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Agcəbədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağılıb, ya da ki, bu evlərə böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”.
Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda olan Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
Cənab Prezident müraciətində bildirmişdir ki, düşmənin bu cinayətkar əməllərinə Azərbaycanın Qəhrəman Ordusu döyüş meydanında cavab verir. Azərbaycan düşmənin qisasını mülki əhalidən almır. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır. 17 oktyabr tarixində Fizuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Pirəhmədli kəndi, Cuvarlı kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Füzulinin azad olunması böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ordumuza yeni strateji üstünlüklər qazandırmışdır. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda gedən döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Yüksək peşəkarlıq, məharət, şücaət, qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən ordumuz haqqı, ədaləti bərpa edir. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən qəhrəman Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın dəyəri təqribən 2 milyard dollar səviyyəsindədir.
Müzəffər Azərbaycan ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlar şanlı Ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
Milli Məclisin deputatı Rauf Əliyev
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!








