Xankəndidəki supermarket vətəndaşları aldatmağa başladı - "Tamstore" ifşa edildi - FOTO

Bildirmək istəyirəm ki, ötən gün Xankəndi şəhərində yerləşən Tamstor marketdə rastlaşdığım qiymət uyğunsuzluğu ilə bağlı məsələ artıq öz həllini tapdı. Şirkətin rəsmi nümayəndələri mənimlə əlaqə saxlayaraq yaranmış problemi səmimi şəkildə etiraf etdilər və üzrxahlıq bildirdilər.
Qeyd olundu ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb və problem qısa zamanda aradan qaldırılıb. Həmçinin belə bir halın gələcəkdə təkrarlanmaması üçün lazımi addımların atıldığı vurğulandı. Bu münasibətə görə Tamstor marketlər şəbəkəsinin rəhbərliyinə təşəkkür edirəm. Müştəri məmnuniyyətinə verilən dəyər hər zaman önəmlidir.
***
İşğaldan azad olunan ərazilərdə belə yenicə fəaliyyətə başlayan marketlərdən birinin fəaliyyətində ciddi problemə rast gəlinib. Avtosfer.az xəbər verir ki, jurnalist Şamxal Adigözəlov özüün “FacebooK” hesabında Xankəndi şəhərində yerləşən “Tamstore” marketdən narazılığı ilə bağlı paylaşım edib. O qeyd edib ki, noyabrın 25-i axşam saatlarında Xankəndidə yeni açılan "Tamstore" marketdən alış-veriş zamanı çox ciddi problem baş verib. Məhsulların vitrində yer alan qiymətləri ilə kassadakı qiymətlər arasında nəzərə çarpacaq şəkildə fərqlərin olduğu aşkar olunub.

“Hörmətli Xankəndi sakinləri və "Tamstore" marketlər şəbəkəsinin rəhbərliyi! Alış-veriş zamanı vitrində 0.38 qəpik olaraq qeyd olunan yerfındığı kassada 1.24 qəpik olaraq keçdi. Məsələni kassada araşdırarkən digər bir vətəndaşın da eyni problemlə üzləşdiyinin şahidi oldum. Başqa bir müştəri isə vitrinində 7.40 manat olaraq göstərilən 2 litrlik “Xırdalan” pivəsinin kassadan təxminən 8 manatdan baha olaraq keçdiyini bildirirdi və haqlı narazılığını ifadə edirdi.
Təəssüf ki, gündəlik alış-veriş etdiyimiz bu mağaza şəbəkəsində bu cür qiymət uyğunsuzluqlarınin yaşanması həm istehlakçı hüquqlarının pozulması, həm də mağazaya olan inam və etimada ciddi zərər vurur. Məsələyə dair etdiyim müraciətə konkret izah verilmədi və müxtəlif qeyri-qənaətbəxş bəhanələr irəli sürüldü.
"Tamstore" rəhbərliyindən xahiş edirəm ki, qiymət uyğunsuzluqları ilə bağlı təcili şəkildə araşdırma aparılsın.
Vitrin və kassa qiymətlərinin uyğunluğuna ciddi nəzarət edilsin. Sakinlərin narazılıqlarına rəsmi və aydın cavab təqdim olunsun.
Ümid edirəm ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq və istehlakçı hüquqlarına hörmətlə yanaşılacaq”.
Rəqsanə
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi














