Xanlar Vəliyevin səlahiyyət müddəti BAŞA ÇATDI - FOTO

Azərbaycan Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Mahir Abbasov, Hərbi prokurorun müavini Şəfahət İmranov və digərləri Xanlar Vəliyevlə bağlı xatirələrini bölüşərək xoş sözlər deyiblər.
Öz növbəsində Xanlar Vəliyev çıxış edərək ölkə başçısına təltif olunmasına görə dərin və səmimi minnətdarlığını bildirib, həmçinin prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə təşəkkür edib.
Məlumat üçün bildiririk ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb.
Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırki vaxtadək həmin vəzifədə çalışıb.
Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətimizin ali rəhbərliyi tərəfindən, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir sıra mükafatlara layiq görülüb.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.








Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI










