Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ

Azərbaycanda gənclərin xaricdə təhsil almağa marağı nəzərə çarpacaq dərəcədə artıb.
Bu artım həm dövlət dəstəyi proqramlarının genişlənməsi, həm də beynəlxalq təhsil imkanlarına çıxışın asanlaşması ilə əlaqəlidi.
Bununla bağlı təhsil eksperti Elçin Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Son illərdə xaricdə təhsil alan tələbələrin sayı artmaqdadır.

Bunun təbii olaraq həm dövlət dəstəyi, dövlət dəstək proqramları, eyni zamanda ölkədə ingilis dilinin tədrisinin keyfiyyəti kimi müsbət amillərlə əlaqəsi var.
“Burada xaricdə təhsillə bağlı dövlət proqramları, ikili diplom proqramları, eyni zamanda xarici universitetlərin ölkədə keçirilən təhsil yarmarkalarında, sərgilərdə iştirakı və xaricdə təhsil almış şəxslərin ölkə iqtisadiyyatında, idarəetmədə kifayət qədər yaxşı mövqelər tutması bu istiqamətdə addımları artırır.
Xüsusilə, tibb və mühəndislik sahələrində keyfiyyətli mütəxəssislərə xaricdə təhsil almış kadrlara ciddi ehtiyac var. Ona görə də burada xaricdə təhsili iki istiqamətə bölmək olar: Birincisi, həqiqətən təhsil keyfiyyəti axtarışında olanların təhsili. Bunlar həm universitetin, həm də dövlətin dəstəyi ilə bu prosesi reallaşdırırlar. İkinci bir qrup da var ki, onlar Azərbaycanda Dövlət İmtahan Mərkəzinin imtahanlarından yetərli bal toplaya bilməyib, diplom almaq məqsədilə daha çox qonşu ölkələrə üz tuturlar. Bu isə çox tövsiyə edilən deyil. Çünki Azərbaycan imtahanlarında yetərli bal toplaya bilməyən şəxsin xaricdə keyfiyyətli təhsil alması sual altındadır. Buna görə valideynlər övladlarını xaricə göndərərkən onların qabiliyyətini və potensialını nəzərə alaraq investisiya qoymalıdırlar. Xüsusilə, dediyim kimi, olimpiyada iştirakçıları və kifayət qədər yüksək potensialı olan abituriyentlərin maddi-texniki bazası ölkə universitetlərindən daha yaxşı olan ölkələrə və universitetlərə getməsində heç bir maneə yoxdur. Çünki universitetlərin büdcəsi, elmi tədqiqat imkanları və s. yaxşı mütəxəssis yetişməsi üçün mühüm rol oynayır. Amma dediyim kimi, elə bir qrup da var ki, bunu sadəcə tələbə olmaq xatirinə edir. Bu isə həm resurs, həm də vaxt israfıdır. Çünki məzun olduqdan sonra geri qayıdıb ölkədə nostrifikasiya etməli, diplomunun tanınması üçün müəyyən ixtisaslarda imtahan verməlidir və yalnız bundan sonra fəaliyyət göstərə bilər. Eyni zamanda saxta universitetlər də ola bilər ki, valideynləri aldadırlar. Öz ölkəsində diplomu tanınmayan, akkreditasiyası olmayan bir çox məzun var ki, hazırda ixtisası üzrə iş tapmaqda çətinlik çəkir. Təhsildə Keyfiyyət Agentliyi bu barədə öz saytında tanınmayan universitetlər və ölkələrlə bağlı məlumatlar təqdim edir. Valideynlər buna diqqət etməlidirlər”.
Fatimə Dadaşova
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












